Qol.Az

"Benfika"nın futbolçusu rəsmən "Beşiktaş"da

[24.08.2016]
"Benfika"nın futbolçusu rəsmən "Beşiktaş"da

"Benfika"nın futbolçusu Anderson Taliskanın "Beşiktaş"a keçidi rəsmiləşib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, 22 yaşlı yarımmüdafiəçi 1+1 illik icarə əsasında İstanbul klubunda çıxış edəcək.

Qeyd edək ki, "Beşiktaş" icarə haqqı olaraq "Benfika"ya 2 milyon avro ödəyib. Braziliyalı oyunçu isə ilinə 1.5 milyon avro qazanacaq.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.