Qol.Az

Daha bir ulduz futbolçu Hindistan klubunda

[24.08.2016]
Daha bir ulduz futbolçu Hindistan klubunda İslandiya millisinin üzvü Eydur Qudyonsenin yeni klubu müəyyənləşib.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, 37 yaşlı futbolçu karyerasını Hindistanda davam etdirəcək.

O, yüksək liqada çıxış edən “Puna Siti” ilə bir illik müqavilə imzalayıb.

Qeyd edək ki, vaxtilə “Barselona” və “Çelsi”də də çıxış etmiş Qudyonsen ötən mövsüm Norveçin “Molde” klubunda oynayıb.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.