Qol.Az

Umut Bulut “Qalatasaray”dan ayrılır

[24.08.2016]
Umut Bulut “Qalatasaray”dan ayrılır “Qalatasaray” futbolçusu Umut Bulutu icarəyə verir.

Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, 33 yaşlı hücumçu mövsümün sonuna qədər “Kayserispor”da çıxış edəcək.

Artıq klublar arasında hərtərəfli razılıq əldə olunub.

“Qalatasaray”ın bu keçid üçün hər hansı bir icarə haqqı almayacağı bildirilir.

Qeyd edək ki, 2012-ci ildən “Qalatasaray”da çıxış edən Umut Bulut bu müddət ərzində 110 oyuna çıxıb və 39 qol vurub.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.