Qol.Az

Olimpiya çempionumuz: “Bütün döyüşlər gərgin keçdi”

[24.08.2016]
Olimpiya çempionumuz: “Bütün döyüşlər gərgin keçdi”

“Çempion olduğum üçün çox şadam”.

Qol.az xəbər verir ki, bunu futbolxeber.az-a açıqlamasında Heydər Əliyev Beynəlxalq Hava Limanında Rio-de-Janeyrodan Vətənə qayıdan Azərbaycan yığmasının XXXI Yay Olimpiya Oyunlarındakı çempionu Radik İsayev deyib.

Rioda ölkəmizə yeganə qızıl medalı qazandıran taekvandoçu əldə etdiyi uğuru əziyyətinin bəhrəsi kimi dəyərləndirib: “Çalışdım, əziyyət çəkdim, yekunda da istəyimə çatdım. Bu, ümumi kollektivin qələbəsidir. Hazırda hər hansı xüsusi hiss keçirmirəm. Sadəcə, çox yorğunam”.

İsayev döyüşləri ilə bağlı sualı belə cavablandırıb: “Döyüşlər 1 nəfəsə keçdi. Hər bir döyüş gərgin idi”.
 

 


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.