Qol.Az

Şahmat Olimpiadasının sponsorları müəyyənləşdi

[23.08.2016]
Şahmat Olimpiadasının sponsorları müəyyənləşdi

Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsi mötəbər yarışın keçirilməsində dəstək olan şirkətlərin adları açıqlayıb.

Əməliyyat Komitəsinin mətbuat xidmətindən Qol.az-a bildirilib ki, 42-ci Ümumdünya Şahmat Olimpiadasının rəsmi tərəfdaşları kimi SOCAR, Azercell, Türk Hava Yolları,  Qatar Airways, SMARTSCORİNG, “Meqa Sığorta” ASC, Modern Hospital, Badamlı, Tudor, Lavazza, Milla, Jalə və Tranquini ilə tərəfdaşlıq müqaviləsi imzalanıb.

Bakı Şahmat Olimpiadasının tərəfdaşları mötəbər yarışa dəstək olmaqdan məmnunluq hissini bildirməklə yanaşı Azərbaycan milli komandalarına uğurlar arzu edir.

Qeyd edək ki, Şahmat Olimpiadasının təntənəli açılış mərasimi sentyabrın 1-də olacaq. İlk tur sentyabrın 2-də oynanılacaq.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.