Qol.Az

UEFA-dan Fələstinə görə cəza

[23.08.2016]
UEFA-dan Fələstinə görə cəza

UEFA “Seltik” klubunu cəzalandırıb.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, buna Şotlandiya təmsilçisi azarkeşlərinin ötən həftə İsrailin “Hapoel” komandası ilə keçirdiyi oyunda Fələstin bayrağını açması səbəb olub.

“Seltik”ə maddi cəza tətbiq edən UEFA azarkeşlərlə bağlı intizam işi açıb.

Qeyd edək ki, UEFA-nın qərarından sonra şotlandiyalı azarkeşlər Fələstinə maddi yardım kampaniyasına başlayıblar. “The Guardian” qəzeti yazır ki, ümumilikdə 82 min funt sferlinq (təqribən 95 min avro) toplanıb. Bu pul tibbi yardım məqsədilə Fələstindəki fondlardan birinin hesabına köçürüləcək.

Əlavə edək ki, son iki ildə UEFA “Seltik”i azarkeşlərinin Fələstin bayrağını açması səbəbindən doqquzuncu dəfədir cəzalandırır.

UEFA-nın qaydasına görə, tribunalarda siyasi məqsədli hərəkətlərə icazə verilmir.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.