Qol.Az

“Qalatasaray”dan növbəti transfer

[23.08.2016]
“Qalatasaray”dan növbəti transfer

“Qalatasaray” növbəti transferi gerçəkləşdirib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, İstanbul təmsilçisi Portuqaliya “Portu”sundan Jozeu Peşkeyranı icarə əsasında heyətinə cəlb edib.

26 yaşlı sol cinah yarımmüdafiəçi 2016/17 mövsümündə “sarı-qırmızı”lı formanı geyinəcək. Onun transferi üçün klubu “Portu”ya pul ödənilməyib

Futbolçu özü isə bir mövsümə 700 min avro qazanacaq. Joze 30 nömrəli forma altında çıxış edəcək.

Qeyd edək ki, Jozeu 2013-cü ildən Portuliqa millisinə dəvət alıb və bu komandada 4 oyun keçirib.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.