Qol.Az

“Mançester Yunayted” Şvaynştaygeri satır

[23.08.2016]
“Mançester Yunayted” Şvaynştaygeri satır

“Mançester Yunayted” yay transfer pəncərəsinin bağlanmasına qədər yarımmüdafiəçisi Bastian Şvaynştaygeri satmaq niyyətindədir.

Qol.az-ın xəbərinə görə, bu haqda Almaniyanın “Bild” qəzeti məlumat yayıb.

Bildirilib ki, ingilislər Şvaynştaygeri cəmi 2.5 milyon avroya satmağa hazırdırlar. “MY”nin belə qərar verməsi alman futbolçunun burada yüksək gəlir – ildə 11 milyon avro alması ilə əlaqədardır.

Qeyd edək ki, ötən il 9 milyon avroya “Mançester Yunayted”ə Şvaynştaygerin klubla müqaviləsi 2018-ci ilin iyununda başa çatır.

Hazırda 32 yaşlı futbolçuya Amerika liqasından, eləcə də “Milan”, “İnter” və “Yuventus”dan təkliflər olduğu bildirilir.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.