Qol.Az

“Qarabağ”dan “qara bazar”la bağlı müraciət

[23.08.2016]
“Qarabağ”dan “qara bazar”la bağlı müraciət

“Qarabağ” avqustun 25-də İsveçin “Göteborq” klubu ilə oyun üçün bilet satışı ilə əlaqədar azarkeşlərə müraciət edib.

Qol.az-ın xəbərinə görə, klub özünün rəsmi Facebook səhifəsi vasitəsi ilə azarkeşlırdən xahiş edib ki, “qara bazar”dan bilet almasınlar.

“Xahiş edirik, Respublika stadionunun kassalarından bilet alarkən kassaların ətrafında gəzən insanlar sizlərdən əlavə bilet almağınızı istəsə, buna əməl etməyin. Məsələn, sizə yaxınlaşaraq sizdən onlar üçün əlavə 2 və ya 3 bilet almağınızı istəyəcəklər. Həmin şəxslər "qara bazar"ın nümayəndələridir, onların istəyini qəbul etməyin. Əks təqdirdə sizin bilet almağınız "qara bazar"ın yaranmasına, bu da sonda digər azarkeşlərimizin biletsiz qalmasına səbəb olur” – deyə müraciətdə bildirilib.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.