Qol.Az

Çempionlar Liqası: "Monako", "Seltik" və "Portu" qrup mərhələsində

[24.08.2016]
Çempionlar Liqası: "Monako", "Seltik" və "Portu" qrup mərhələsində Bu gün Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunlarına start verilib.

Qol.az-ın məlumatına görə, ilk oyun günündə 5 qarşılaşma keçirilib.

Bu oyunlardan sonra qrup mərhələsinə yüksələcək 5 komandanın adı bəlli olub.

"Qarabağ"ı qitənin ən nüfuzlu klub turnirindən kənarlaşdıran "Viktoriya" (Çexiya) öz meydanında Bolqarıstanın "Ludoqorets" klubunu qəbul edib.

"Seltik" (Şotlandiya) İsraildə "Hapoel"in qonağı olub.

"Legiya" Polşada "Dandalk"ı (İrlandiya), "Roma" öz meydanında "Portu"nu qəbul edib.
 
İspaniyanın "Vilyareal" klubu isə Fransada "Monako"nun qonağı olub.

Pley-off-un digər 5 oyunu sabah keçiriləcək.




23 avqust

Çempionlar Liqası

Pley-off mərhələsinin cavab oyunları


“Viktoriya” (Çexiya) - “Ludoqorets” (Bolqarıstan) 2:2
İlk oyun – 0:2
Qollar:
Duris, 7 (1:0), Vura, 17 (1:1), Mateju, 61 (2:1), Keseru, 90+5 (2:2) 

“Hapoel” (Beyer-Şeva, İsrail) - “Seltik” (Şotlandiya) 2:0
İlk oyun – 2:5
Qollar:
Sahar, 21 (1:0), Hoban, 48 (2:0)

“Legiya” (Polşa) - “Dandalk” (İrlandiya) 1:1
İlk oyun – 2:0
Qollar:
Benson, 19 (0:1), Kuçharzik, 90+2 (1:1)
Qırmızı vərəqə: Hlousek, 67 ("Legiya")

“Roma” (İtaliya) - “Porto” (Portuqaliya) 0:3
İlk oyun – 1:1
Qollar:
Monteiro, 8 (0:1), Layun, 73 (0:2), Korona, 75 (0:3)
Qırmızı vərəqələr: De Rossi, 39; Emerson, 50 (hər ikisi "Roma")

“Monako” (Fransa) - “Vilyarreal” (İspaniya) 1:0
İlk oyun – 2:1
Qol:
Fabinho, 90+1 (1:0)




24 avqust

22:45. APOEL (Kipr) - “Kopenhagen” (Danimarka)
İlk oyun – 0:1

22:45. “Zalsburq” (Avstriya) - “Dinamo” (Xorvatiya)
İlk oyun – 1:1

22:45. “Mançester Siti” (İngiltərə) - “Styaua” (Rumıniya)
İlk oyun – 5:0

22:45. “Rostov” (Rusiya) - “Ayaks” (Hollandiya)
İlk oyun – 1:1

22:45. “Borussiya” (M, Almaniya) - “Yanq Boyz” (İsveçrə)
İlk oyun – 3:1


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.