Qol.Az

Özil gedir, yoxsa qalır?

[11.08.2016]
Özil gedir, yoxsa qalır?

“Arsenal”ın yarımmüdafiəçisi Məsut Özil böyük ehtimalla hazırkı klubu ilə müqavilənin müddətini artıracaq.

Qol.az-ın xəbərinə görə, bu haqda Almaniyanın “Bild” qəzeti məlumat yayıb.

Bildirilib ki, London klubunun baş məşqçisi Arsen Venger türk əsilli alman futbolçunun müqaviləsinin uzadılmasını istəyir. Amma bildirilir ki, Özil “Real”dan geri qayıtmaqla bağlı təklif alacağı buna qəbul edəcək.

Məlumatda həmçinin qeyd edilir ki, Almaniya millisinin futbolçusunun “Bavariya”ya keçmək ehtimallı yoxdur. Çünki münhenlilər Özillə maraqlanmırlar.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.