Qol.Az

PSJ Veratti ilə müqaviləni uzatdı

[02.08.2016]
PSJ Veratti ilə müqaviləni uzatdı

Fransanın PSJ klubu aparıcı futbolçularından olan Marko Veratti ilə müqaviləni yeniləyib.

Qol.az-ın məlumatına görə, bu barədə italiyalı futbolçu şəxsi tvitter hesabında yazıb.

23 yaşlı futbolçu ilə bir illik müqavilə imzalanıb. Bu isə o deməkdir ki, Veratti 2021-ci ilə qədər Paris klubunda çıxış edəcək. İtaliya millisinin üzvünün cari müqaviləsi 2020-ci ilə qədər idi.

Qeyd edək ki, M.Veratti 2012-ci ildən paytaxt klubunda çıxış edir.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.