Qol.Az

Zidan: "Real" heç vaxt uduzmamalıdır"

[28.07.2016]
Zidan: "Real" heç vaxt uduzmamalıdır" "Real"ın baş məşqçisi Zinəddin Zidan PSJ-yə məğlubiyyəti şərh edib.

Qol.az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, komandasının fiziki cəhətdən hazır olmadığını bildirən Zidan "Real"ın heç vaxt uduzmamalı olduğunu deyib:

"PSJ ilə görüşdə yaxşı oynadıq. Ancaq fiziki cəhətdən çatdırmadıq. Burada qeyri-adi heç nə yoxdur. Hələ 10 gündür məşqləri bərpa etmişik. İşimdən razıyam, amma məğlubiyyətə görə məyusam. "Real" yoldaşlıq matçı da olsa, heç vaxt uduzmamalıdır".

Qeyd edək ki, "Real" yoxlama görüşündə PSJ-yə 1:3 hesabı ilə uduzub.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.