Qol.Az

"Qəbələ"nin rəqibi yeni transferini sifariş etdi

[28.07.2016]
"Qəbələ"nin rəqibi yeni transferini sifariş etdi "Qəbələ"nin Avropa Liqasının III təsnifat mərhələsindəki rəqibi "Lill" yeni transferi Yunus Sankareni də sifariş edib.

Qol.az-ın UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, seneqallı futbolçunun adı "Qəbələ" ilə oyunların sifariş ərizəsinə daxil edilib.

Bu isə o deməkdir ki, Fransa klubunun baş məşqçisi Frederik Antonetti şans verəcəyi təqdirdə Sankare "Qəbələ"yə qarşı oyunlarda meydana çıxa biləcək.

Qeyd edək ki, bu axşam keçiriləcək "Lill" – "Qəbələ" matçı Bakı vaxtı ilə 21:00-da başlayacaq.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.