Qol.Az

Van Persi Şotlandiya yolunda

[28.07.2016]
Van Persi Şotlandiya yolunda "Fənərbaxça"nın hücumçusu Robin van Persi yeni mövsümdən Şotlandiya çempionatında oynaya bilər.

Qol.az-ın "The Sun"a istinadən verdiyi məlumata görə, hollandiyalı futbolçu "Qlazqo Reyncers"in maraq dairəsinə düşüb.

İstanbul təmsilçisinin rəhbərliyi ilə görüşən 32 yaşlı futbolçu artıq "Fənərbaxça"dan ayrılmağı ilə bağlı razılığa gəlib. Van Persi Şotlandiya klubu ilə anlaşsa, yeni mövsümdən "Qlazqo Reyncers"in şərəfini qoruyacaq.

Qeyd edək ki, ötən mövsüm "Fənərbaxça"nın heyətində 48 oyun keçirən van Persi 22 qol vurub .


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.