Qol.Az

"Lill"dən qorxmuruq" – Teo Uiks

[28.07.2016]
"Lill"dən qorxmuruq" – Teo Uiks "Rəqibimizə hörmət edirik. Ancaq onlardan qorxmuruq. Futbol oynamağa çalışacağıq. Matça yaxşı hazırlaşmışıq".

Qol.az-ın məlumatına görə, bu sözləri "Qəbələ"nin futbolçusu Teo Uiks Avropa Liqasının III təsnifat mərhələsində Fransanın Lill klubu ilə keçirəcəkləri cavab görüşü öncəsi "The Bush Chicken"ə açıqlamasında deyib.

“Qəbələ”nin yeni transferi axşamkı görüşün asan keçməyəcəklərini bildirib: "Həm oyuna, həm də qrup mərhələsinə doğru irəliləməyə tam hazırıq. Ancaq matçın çətin keçəcəyini bilirik. Bununla belə, komandamın keyfiyyətinə əminəm. İlk mərhələdən mübarizəyə başlayaraq bura qədər irəliləmişik. Güclü komandalarla qarşılaşsaq da, onları mübarizədən kənarlaşdıra bilmişik. Həm fiziki, həm də psixoloji baxımdan "Lill"lə matça hazırıq".

Qeyd edək ki, bu axşam keçiriləcək “Lill” – “Qəbələ” matçı Bakı vaxtı ilə 21:00-da başlayacaq.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.