Qol.Az

“Qarabağ” biletlərin qiymətini dəyişmədi

[28.07.2016]
“Qarabağ” biletlərin qiymətini dəyişmədi “Qarabağ”ın Çempionlar Liqasının III təsnifat mərhələsində Bakıda “Viktroriya” ilə keçiriləcək cavab oyununa maraq böyükdür.

Bunu Qol.az-a açıqlamasında klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov deyib.

Klub rəsmisi Tofiq Bəhramov adına Republika stadionunda keçiriləcək oyunda tribunaların tam dolacağının gözlənildiyini  bildirib: “Bizə azarkeşlər tərəfindən çoxsaylı zənglər gəlir. İndidən hiss olunur ki, oyuna maraq çoxdur. Hətta gözlədiyimizdən də çox azarkeşin gələcəyi ehtimal olunur”.

N.İbrahimov qeyd edib ki, oyuna marağın çox olmasına baxmayaraq, klub biletlərin qiymətini dəyişməyib: “Biletlərin qiyməti əvvəlki oyunlarda olduğu kimi,  1,2,5 manat civarında olacaq. Həftənin şənbə günündən etibarən azarkeşlərimiz biletləri Respublika stadionunun kassalarından ala bilərlər”.

Xatırladaq ki, avqustun 2-də keçiriləcək oyun saat 20:30-da başlayacaq.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.