Qol.Az

Libertadores kubokunun qalibi müəyyənləşdi

[28.07.2016]
Libertadores kubokunun qalibi müəyyənləşdi Libertadores kubokunun yeni qalibi müəyyənləşib.

Qol.az-ın məlumatına görə, həlledici görüşdə Kolumbiyanın "Atletiko Nasional" və Ekvadorun "İndependiente Del Valle" klubları üz-üzə gəlib.

Səfərdə rəqibi ilə 1:1 bərabərə qalan "Atletiko Nasional" klubu doğma meydanda 1:0 hesabı ilə qalib gəlməklə kuboka sahib çıxıb.

Qeyd edək ki, bu, Kolumbiya təmsilçisinin tarixində ikinci belə zəfəri olub.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.