Qol.Az

"Zirə"dən 1 gündə 2 məşq (ŞƏKİLLƏR)

[27.07.2016]
"Zirə"dən 1 gündə 2 məşq (ŞƏKİLLƏR)

Türkiyədə təlim-məşq toplanışında olan “Zirə” hazırlığını davam etdirir.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, “qartallar” dünənki bərpadan sonra bu gün iki dəfə məşqə çıxıblar. Səhər futbolçular güc məşqini edibər. Bura toplu və topsuz hərəkətlər daxil idi. Məşqin sonunda baş məşqçi Adil Şükürov komandanı top saxlamaq üzərində çalışdırıb.

Axşam məşqi səhərkindən fərqli olub. Bu dəfə “qartallar” taktiki-texniki hazırlığın yüksəldilməsinə çalışıblar.

Komanda sabah bir məşqlə kifayətlənəcək. Bu Boludakı 2-ci yoxlama oyunu öncəsi son hazırlıq olacaq.

 “Zirə” iyulun 29-da Türkiyənin “Göztəpə” klubu ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.