Qol.Az

Qriqorçuk: "Müdafiədən oynamağın tərəfdarı deyilik"

[27.07.2016]
Qriqorçuk: "Müdafiədən oynamağın tərəfdarı deyilik" Sabah Avroliqanın III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində “Qəbələ” səfərdə “Lill”in qonağı olacaq. Qol.az-ın Fransaya ezam olunmuş əməkdaşı xəbər verir ki, təmsilçimizin baş məşqçisi Roman Qriqorçuk oyunöncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- “Qəbələ”də durum necədir? Uzun yolçuluq komandanı yormayıb ki?

- Uzun yolçuluq barədə danışmağa ehtiyac yoxdur. Bunun öhdəsindən gələcəyik. Komandada gündən günə irəli gedir. “Qəbələ”də hər şey qaydasındadır.

- “Lill”in baş məşqçisi komandasının sabahkı oyun üçün 70 faiz hazır olduğunu dedi...

- Yaxşı olardı ki, o, komandasının 30 faiz hazır olduğunu desin. Çünki “Lill”in 70 faiz hazır olması bizim üçün çox təhlükəlidir.

- Sabahkı qarşılaşma “Lill”in əsas deyil, ikinci stadionunda olacaq. Buna münasibətiniz necədir?

- Böyük arenada, gözəl futbol atmosferində oynamaq istəyirdik. Bununla belə, sabah da gözəl futbol bayramı olacağına inanırıq. İstəyirik ki, bu bayramın qəhramanlarından olaq.

- “Qarabağ” “Viktoriya” ilə oyunda müdafiədən oynadı. “Qəbələ” də eyni oyun tərzinə üstünlük verəcək?

- “Qarabağ”ın oyununa tam baxmadım. Ona görə də dəqiq bir söz deyə bilmərəm. “Qarabağ”a Bakıdakı oyunda uğurlar arzulayıram. Sabah müdafiədən oynamayacağıq. Biz belə oyunun tərəfdarı deyilik. Ağıllı və səliqəli hücum futbolu oynamalıyıq.

- “Lill” haqda nə bilirsiniz? Ən çox nədən ehtiyatlanırsınız?

- “Lill” haqda məlumatım az deyil. Rəqibin çoxlu sürətli oyunçuları var. Bu, onların üstünlüyüdür.

- Sabahkı oyun üçün komandanızda hansı çatışmazlıqlar mövcuddur?

- Mən komandamdan razıyam. Qısa müddətdə çox şeyə nail olduq. Əsas odur istədiyimiz futbol üslubunu görürük. Sabahkı oyun bizim üçün ciddi test olacaq. Çünki cari mövsüm bu səviyyədədə güclü komanda ilə qarşılaşmamışıq.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.