Qol.Az

"Lill" - "Qəbələ" oyununda favorit yoxdur"

[27.07.2016]
"Lill" - "Qəbələ" oyununda favorit yoxdur" Sabah Avroliqanın III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində “Lill” öz meydanında “Qəbələ”ni qəbul edəcək. Qol.az-ın Fransaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bu gün “Lill”in baş məşqçisi Frederik Antonetti oyunöncəsi mətbuat konfransı keçirib.

- Sabahkı oyun üçün əsas heyət bilinir?

- Bəzi oyunçular zədə səbəbindən meydana çıxmayacaqlar. Amma heyətimizdə ciddi itki yoxdur.

- “Qəbələ” haqda hansı məlumatlara sahibsiniz? “Lill”in bu cütün favoriti olması fikri ilə razısız? 

- “Qəbələ” yaxşı komandadır. Oyunlarını izləmişəm. Rəqibin heyətində güclü futbolçular var. Komandanın kapitanını qeyd etmək olar. Bizi çətin oyun gözləyir. Sabahkı görüşdə heç bir komandanı favorit görmürəm.

- Sabahkı oyuna yaxşı hazırlaşa bilmisiniz?

- Yox. Çünki bəzi oyunçular komandaya gec qoşulub. Bəziləri meydana çıxmağa hazır deyil. Oyuna hardasa 70 faiz hazırıq. Əgər əlavə 10 gün vaxtım olsaydı, daha yaxşı hazırlaşardıq. Beynəlxalq oyunlara görə komanda vaxtında yığışıb hazırlaşa bilməyib.

- Rəqibin səviyyəsi Franda çempionatına uyğundurmu?


- Bu haqda danışmaq çətindir. “Qəbələ”nin cəmi 4 oyununu görmüşəm. Bilirəm ki, komandanın heyətində yaxşı oyunçuları var.

- “Lill”in yoxlama oyunlarındakı heyəti ilə indiki arasında fərq olacaq?

- Heyət 50 faiz dəyişəcək.

- Üzərinizdə oyunqabağı təzyiq hiss edirsiniz?

- Mən rəqibə hörmət edirəm. Çalışacağıq ki, qalib gələk. Amma bu, asan olmayacaq.

- Avroliqa “Lill” üçün nə qədər vacibdir? Bəlkə Fransa liqası komandanız üçün daha önəmlidir?

- Yox, Avroliqa bizim üçün vacibdir. Bu yarışda oynamaq üçün mübarizə aparmışıq.

- Komandanızın tam hazır olmadığını dediz. Komanda sizi fiziki, yoxsa taktiki baxımdan razı salmır?

- Hər iki baxımdan razı deyiləm.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.