Qol.Az

"Avro-2016: yarımfinalın hakimləri bilindi

[04.07.2016]
"Avro-2016: yarımfinalın hakimləri bilindi

"Avro-2016"nın yarımfinal oyunlarının hakim təyinatları açıqlanıb.

Qol.az-ın UEFA-nın saytına istinadən yaydığı xəbərə görə, Lionda keçiriləcək Portuqaliya - Uels oyununu isveçli Yonas Erikson idarə edəcək.

İyulun 7-də keçiriləcək Almaniya - Fransa görüşü italiyalı referi Nikola Ritsoliyə tapşırılıb.

 


6 iyul

23:00. Portuqaliya - Uels
Baş hakim:
Yonas Erikson
Yan xətt hakimləri: Matias Klasenius və Daniel Vernmark
Əlavə köməkçi hakimlər: Stefan Yohannesson və Markus Strömberqsson (hamısı İsveç)
Dördüncü hakim: Şimon Marçinyak (Polşa)



7 iyul

23:00. Almaniya - Fransa
Baş hakim:
Nikola Ritsoli 
Yan xətt hakimləri: Elenito di Liberatore və Mauro Tonolini
Əlavə köməkçi hakimlər: Daniele Orsato və Antonio Damato (hamısı İtaliya)
Dördüncü hakim: Damir Skomina (Sloveniya)
Marsel. "Velodrom"


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.