Qol.Az

PFL-də prezident seçkisi keçiriləcək

[04.07.2016]
PFL-də prezident seçkisi keçiriləcək Peşəkar Futbol Liqasının prezidenti postuna seçki keçiriləcək. 

Qol.az-ın qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, tədbir 5 iyul saat 11:00-da AFFA-nın inzibati binasında təşkil olunacaq.

Seçkidə AFFA prezidenti Rövnəq Abdullayev və Premyer Liqa klublarının nümayəndələri də iştirak edəcəklər.

PFL-dən Qol.az-a verilən xəbərə görə, prezident vəzifəsinə yeganə namizəd qurumun hazırkı rəhbəri Ramin Musayevdir.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.