Qol.Az

"İngiltərə millisini heç vaxt çalışdırmaram"

[04.07.2016]
"İngiltərə millisini heç vaxt çalışdırmaram"

Kris Koulmen baş məşqçilik etdiyi Uels millisindən başqa yığmanı çalışdırmağı düşünmür.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, bu barədə o, İngiltərə millisində işləyib-işləməyəcəyi ilə bağlı sualı cavablandırarkən bildirib:

"Mən sonuna kimi uelsliyəm. İngiltərə millisini heç vaxt çalışdırmaram. İşləyəcəyim yeganə milli komanda Uelsdir".

Qeyd edək ki, Roy Hocsonun istefasından sonra İngiltərə millisində baş məşqçi vəzifəsinə namizədlər sırasında K.Koulmenin də adı yer alır.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.