Qol.Az

“Qəbələ”də oynadığım üçün taleyimə minnətdaram” – Aleksey Qay

[04.07.2016]
“Qəbələ”də oynadığım üçün taleyimə minnətdaram” – Aleksey Qay

“Qəbələ”nin sabiq futbolçusu Aleksey Qay Ukrayna mətbuatına müsahibə verib.

Qol.az-ın məlumatına görə, 34 yaşlı yarımmüdafiəçi ölkəmizdəki karyerası haqda sualları da cavablandırıb. Müsahibəni ixtisarla təqdim edirik.


- Aleksey, “Qəbələ”nin tərk etməyinizin səbəbi nə oldu?

- Hər şey sadədi. Müqaviləm başa çatdı və mən Azərbaycanı tərk etdim. Beləliklə, yollarımızı ayrıdıq.

- Sizə komandada qalmaq təklifi etmədilər?

- Klubu deyə bilmərəm, amma mənim belə bir istəyim yox idi. “Qəbələ”də heç kimə iradım yoxdur. Bu qərarı ailə vəziyyətimə görə verdiyimi deyə bilərəm. Uşaqlarım orada məktəbə gedirdilər amma idmanla məşğul ola bilmirdilər. İdman isə nəzərdən qaçırdığımız vacib məsələdir.

- “Qəbələ”də hansı təcrübəni qazandınız?

- Bu cür komandada olduğum üçün taleyimə minnətdaram. Roman Qriqorçuk və səviyyəli futbolçularla çalışmaq çox rahat idi. Avropa Liqasında oynamaqla tək mənim deyil, bütün komanda yaxşı təcrübə qazandı. “Qəbələ” haqda yaxşı xatirələrim var.

- Məişət planında Azərbaycanda çətinlik çəkmirdin ki?

- Biz oteldə qalırdıq. Qəbələ kiçik şəhər olduğu üçün hər şey bir-birinə yaxındır. Şərq mətbəxi bizə çətinlik yaratmadı. Buna yeni nəyisə kəşf etmiş kimi yanaşırdıq.

- Əksər futbolçular ölkə xaricində oynamağa meyl göstərsə də, siz Ukraynaya qayıtdınız.

- Bəli, çempionatımızın vəziyyəti haqda mənim də xəbərim var. Buna görə də başqa ölkəyə gedib, təcrübəmi artırmağa çalışacam. Qətiyyətlə deyirəm ki, futbolçu karyeramı bitirməyi düşünmürəm.

 


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.