Qol.Az

"Almaniyaya 5 qol vurmaq şansımız olmayacaq" – Poqba

[04.07.2016]
"Almaniyaya 5 qol vurmaq şansımız olmayacaq"  – Poqba

"Gözəl qalibiyyət idi. Oyun yaxşı keçdi. Avropa çempionatında yarımfinala yüksəldiyimiz üçün xoşbəxtik. Öz ölkəmizdə Avropa çempionu olmaq istəyirik. Amma son dünya çempionu Almaniya bu titula sahib olmağa çalışacaq".

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, bu sözləri Fransa millisinin futbolçusu Pol Poqba "Avro-2016"nın 1/4 finalında İslandiyaya 5:2 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.

O, yarımfinalda qarşılaşacaqları Almaniyaya 5 qol vurmaq şanslarının olmayacağını bildirib:

"İslandiya ilə görüşdə yaxşı oynadım. Baş məşqçinin verdiyi tapşırıqları yerinə yetirdim. Almaniyaya 5 qol vurmaq şansımız olmayacaq, amma bu gün yaxşı oynadıq".


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.