Qol.Az

“Atletiko”nun oyunçusundan “Real”a atmaca

[17.05.2016]
“Atletiko”nun oyunçusundan “Real”a atmaca

“Atletiko”nun müdafiəçisi Dieqo Qodin “Real” azarkeşlərini qəzəbləndirəcək açıqlamalar verib.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, Çempionlar Liqasının “Real”la final oyunu ərəfəsində o deyib ki, “Kral klubu”nun İspaniya çempionu olmamasına sevinib.

“Barselona”nın çempion adını qazanması məni az ağrıtdı. “Real” birinci olsaydı, çox üzülərdim. Demirəm ki, “Real”a nifrət edirəm. Onlara hörmətim var. Amma həmişə “Real”a qalib gəlmək istəmişəm”.

O, ÇL-in qarşıdakı final oyunu barədə də danışıb: “Mən gərgin matç gözləyirəm. “Atletiko” əla fiziki formadadır. Biz “Real”la oyuna 150 faiz hazırıq”.

Xatırladaq ki, “Atletiko” ilə “Real” arasında final mayın 28-də  keçiriləcək.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.