Qol.Az

Ufuk Budak yenidən milliyə çağırıldı

[12.05.2016]
Ufuk Budak yenidən milliyə çağırıldı

Türkiyə birinci liqasında çıxış edən “Qaziantep Böyükşəhər Bələdiyyəspor”un futbolçusu Ufuk Budak millimizə çağırılıb.

Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, yığmanın baş məşqçisi Robert Prosineçki 25 yaşlı müdafiəçini Andorra, Makedoniya və Kanada ilə yoxlama matçları üçün milliyə dəvət edib.

Bundan başqa, Türkiyə mətbuatı U.Budakın bu mövsüm uğurlu çıxışı ilə seçildiyini və superliqa klublarının maraq dairəsinə düşdüyünü yazıb.


Qeyd edək ki, U.Budak sonuncu dəfə 2014-cü ildə həmin vaxt yığmanın baş məşqçisi olan Berti Foqts tərəfindən milliyə çağırılıb.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.