Qol.Az

"Futbolçularla sərt danışmağa ehtiyac yoxdur" – Qriqorçuk

[07.05.2016]
"Futbolçularla sərt danışmağa ehtiyac yoxdur" – Qriqorçuk “Zirə” ilə görüşdə yaxşı oynadıq və 3 qol da vurduq. Bu mövsümdə 10-a yaxın matçda bundan iki dəfə yaxşı oynasaq da, qələbə qazanmamışıq. Arxada qalan matçlarımızda belə təzadlar olub. Lakin təzad ifadəsi bugünkü matça aid deyil. Bu dəfə qol imkanlarından yararlanmağın dəyərini gördük. Qollar vuruldu və nəticədə də qalib gəldik".

Qol.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu sözləri "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Topaz Premyer Liqanın 33-cü turunda səfərdə "Zirə"yə 3:0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.
 
Rəqibə hörmətlə yanaşdığını bildirən ukraynalı mütəxəssis ölkə kubokunun finalına yüksələ bilməmələrinin səbəblərindən danışıb: "Rəqibin oyununu dəyərləndirə bilmərəm. Bu komandaya hörmətlə yanaşdığımı söyləyərdim. “Neftçi” ilə kubokdakı qarşılaşmadan sonra futbolçularla sakit tərzdə söhbət etdim. Həmin matçda pis oynamamışdıq. Xeyli qol imkanlarımız olsa da, onlardan istifadə edə bilmədik. Həm də yarımfinalın ilk görüşündə hakimlər də bizə mane oldu. Bunlar da finala çıxmamağımızın səbəbləridir.

Əgər biz yaxşı oynamışıqsa, futbolçularla sərt danışmağa ehtiyac yoxdur. İki kubok matçında qol vura bilmədiyimiz 10 epizod yaratdıq. Futbolda belə hallar olur. Bilirik ki, ustalıq səviyyəsini qaldırmalıyıq. Həmin matçlardan sonra futbolçularımı tərifləyib, istədiyimə yaxın oynadıqlarını dedim. Hücumları məntiqi sonluğa çatdırmağın üzərində isə hələ çalışmalıyıq”.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.