Qol.Az

Rafael Ağayev 13-cü dəfə Avropa çempionu oldu

[07.05.2016]
Rafael Ağayev 13-cü dəfə Avropa çempionu oldu Fransanın Monpelye şəhərində keçirilən karate üzrə 51-ci Avropa çempionatında fərdi yarışlar keçirilir.
 
Qol.az-ın "Qəbələ" klubunun rəsmi saytına istinadən verdiyi məlumata görə, 46 ölkədən 437 idmançının qatıldığı turnirdə Azərbaycan milli komandası da mübarizə aparıb.

Yarışda uğurla çıxış edən yığmamızın heyətində “Qəbələ” İdman Klubunun üzvləri də tatmı üzərinə çıxıblar. Avropa çempionatına yollanan təmsilçilərimizdən Rafael Ağayev 75 kq çəki dərəcəsində qitə çempionu tituluna yiyələnib. Andorralı Serxi Herveri 5:0, avstriyalı Stefan Pokornını 4:0, macar Qabor Harspatakini 1:0 hesabı ilə məğlub edən idmançımız yarımfinalda fransalı Loqan da Kostanı 6:0 hesabı ilə üstələyib.

Həlledici qarşılaşmada Türkiyə idmançısı Erman Eltemurla görüşən karateçimiz 3:0 hesabı ilə qalib gəlib. Bununla da fəxri kürsünün ən yüksək pilləsinə qalxan Ağayev 13-cü dəfə Avropa çempionatının qızıl medalını qazanıb.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.