Qol.Az

Arbeloa "Real"dan gedir

[07.05.2016]
Arbeloa "Real"dan gedir

"Real"ın müdafiəçisi Alvaro Arbeloa mövsümün sonunda komandadan ayrılacaq.

Qol.az-ın "Marca" qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə 33 yaşlı futbolçunun özü məlumat verib.

Arbeloa La Liqanın 37-ci turunda sabah "Valensiya" ilə keçiriləcək oyunun onun "Santyaqo Bernabeu"dakı son matçı olacağını bildirib: "Sabahkı görüşdə əsas məqsədimiz qələbə qazanmaqdır. Çempionluq iddiamızı davam etdirmək üçün "Valensiya" ilə matçdan qalib ayrılmalıyıq. Oyundan sonra azarkeşlərlə vidalaşmaq üçün meydanda qalacam. Təbii ki, "Real" kimi klubdan ayrılmaq mənim üçün çətindir. Ancaq klubla müqaviləm başa çatdığı üçün komandadan ayrılacam. Lakin karyeramı başa vurmağı düşünmürəm. Daha bir neçə il oynamaq istəyirəm".

Qeyd edək ki, Arbeloa 2009-cu ildə "Liverpul"dan "Real"a transfer olunub.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.