Qol.Az

Prezident İlham Əliyev Vizeri qəbul etdi

[07.05.2016]
Prezident İlham Əliyev Vizeri qəbul etdi

Azərbaycan Prezidenti İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının (İJF) prezidenti Marius Vizeri qəbul edib.

Qol.az-ın "Azərtac"a istinadən verdiyi məlumata görə, Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş cüdo üzrə "Böyük dəbilqə” beynəlxalq turnirinin çox yaxşı təşkil olunduğunu deyən dövlət başçısı son dövrlər idmançılarımızın müxtəlif yarışlarda qazandığı böyük uğurların önəmini qeyd edib.

Cüdo üzrə milli komandamızın bu yaxınlarda keçirilən Avropa çempionatında yüksək nəticələr əldə etdiyini xatırladan Prezident İlham Əliyev bu idman növünün Azərbaycanda populyarlığının getdikcə artdığını vurğulayıb, ölkənin gələcəkdə beynəlxalq yarışlarda daha fəal və dinamik iştirak edəcəyinə ümidvar olduğunu deyib.

Vizer Bakıdakı "Böyük dəbilqə”nin yüksək səviyyədə təşkilindən məmnunluğunu ifadə edib. Azərbaycanda cüdonun inkişafını daim dəstəklədiyini qeyd edən İJF prezidenti ölkəmizin cüdo üzrə yığmasının yeni strategiya ilə yarışlarda daha yüksək fəallıqla iştirak edəcəyinə ümidvar olduğunu deyib. Vizer 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında cüdo idmanı ilə bağlı aparılan hazırlıq işlərindən də danışıb.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.