Qol.Az

Azərbaycan - Belçika: hakimlər

[07.05.2016]
Azərbaycan - Belçika: hakimlər

17 yaşadək futbolçular arasında Bakıda təşkil olunan Avropa çempionatında qrup mərhələsinin II turu çərçivəsində keçiriləcək Azərbaycan - Belçika matçının hakimləri müəyyənləşib.

Qol.az-ın UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, görüşün baş hakimi çexiyalı Petr Ardeleanu olacaq.

Ona irlandiyalı Emmett Dinan və maltalı Edvard Spiteri köməklik edəcək. Lüksemburqlu Alen Duro isə dördüncü referi funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, 8-ci km qəsəbə stadionunda keçiriləcək Azərbaycan - Belçika oyunu 19:00-da başlayacaq.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.