Qol.Az

Cavid Hüseynov jurnalistlərə müraciət etdi

[07.05.2016]
Cavid Hüseynov jurnalistlərə müraciət etdi

“Qəbələ”nin həbsdə olan futbolçusu Cavid Hüseynov jurnalistlərə müraciət edib.

Qol.az-ın xəbərinə görə, futbolçu anası vasitəsi ilə etdiyi müraciətdə 10 aydır günahsız yerə azadlıqdan məhrum olunduğunu yazıb.
 
“Mən qatil deyiləm, futbolçuyam. Məni olduğum kimi qəbul edin. Bütün jurnalistlərə mayın 11-də keçiriləcək məhkəmə prosesinə dəvət edirəm. Həmin gün mən ifadə verəcəm. Xahiş edirəm, həqiqəti yazın”.

Qeyd edək ki, C.Hüseynovun adı jurnalist Rasim Əliyevin döyülərək öldürülməsi işində keçir.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.