Qol.Az

İngiltərədə çempionluq paradı

[07.05.2016]
İngiltərədə çempionluq paradı

Bu mövsüm İngiltərə Premyer Liqasının qalibi adını təmin edən “Lester” çempionluq paradı keçirəcək.

Qol.az-ın “BBC”yə istinadən yaydığı xəbərə görə, bu tədbir mayın 16-da keçiriləcək. Parad Klaudio Ranyerinin komandasının Premyer Liqanın sonuncu turunda “Çelsi” ilə oyundan bir gün sonra təşkil olunacaq.

“Lester” komandası yuxarısı açıq olan avtobusla şəhərdə dövrə vuracaq, sonra isə “Viktoriya” parkında çempionluq kubokunu azarkeşlərə nümayiş etdirəcək.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.