Qol.Az

Yaşıl meydanlarda növbəti ölüm

[07.05.2016]
Yaşıl meydanlarda  növbəti ölüm

Yaşıl meydanlarda daha bir ölüm hadisəsi baş verib.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, Rumıniyanın  "Dinamo" klubunun futbolçusu Partik Ekenqin ölkə birinciliyində "Vitorul"la matçda ürəyi dayanıb.
 
Meydana ikinci hissədə daxil olan kamerunlu oyunçu 7 dəqiqə sonra huşunu itirərək yerə yıxılıb. Bundan sonra meydana daxil olan həkimlər onun ürək döyüntülərini bərpa edib. Ancaq futbolçunun vəziyyəti pis olduğu üçün onu xəstəxanaya aparıblar. Lakim bütün müdaxilələrə baxmayaraq,  P.Ekenqin həyatını xilas etmək mümkün olmayıb.
 
Qeyd edək ki, Patrik 2009-cu ildə gənclər yığmasının heyətində Afrika çempionatının gümüş medalçısı olub.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.