Qol.Az

Şahin Diniyev: "Səfərdən qələbə ilə qayıtmağa borcluyuq"

[07.05.2016]
Şahin Diniyev: "Səfərdən qələbə ilə qayıtmağa borcluyuq"

“Kəpəz”in baş məşqçisi Şahin Diniyev Topaz Premyer Liqanın 33-cü turunda “Xəzər Lənkəran”la qarşılaşacaqları oyun haqda fikirlərini bildirib.

Qol.az-ın məlumatına görə, o, kapazpfc.az saytına açıqlamasında səfər oyununda qələbə ilə qayıtmağa borclu olduqlarını deyib::
 
"Kərim Diniyevin cəzasını başa vurub komandaya kömək edə bilməsi xeyrimizədir. Bilirsiz ki, hər tur futbolçularımızdan kimsə cəza və ya zədəyə görə oyunu buraxmaq məcburiyyətində qalır. “Xəzər Lənkəran”ın turnir cədvəlində mövqeyi yaxşı deyil. Bura kimi gəlmişiksə, bütün gücümüzü meydanda qoymalıyıq. Amma bizə asan olmayacaq. Rəqib son vaxtlar qələbə qazanmasa belə qələbəyə layiq oyun nümayiş etdirir. Şanslar bərabərdir. Lənkəranlılarla oyundan sonra bizi daha ağır yarış qrafiki gözləyir”.

Qeyd edək ki, bu gün keçiriləcək "Xəzər Lənkəran" - "Kəpəz" matçı saat 16:00-da başlayacaq.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.