Qol.Az

Nazarovun baş məçqçisi Bundesliqa klubunda

[06.05.2016]
Nazarovun baş məçqçisi Bundesliqa klubunda

Almaniyanın "İnqolştadt" klubunun baş məşqçisi Ralf Hasenhütl mövsümün sonunda komandadan ayrılacaq.

Qol.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, artıq avstriyalı mütəxəssin əvəzləyicisi də müəyyənləşib.

Bundesliqa təmsilçisinin rəhbərliyi "Karlsrue" klubunun baş məşqçisi Markus Kauçinski ilə anlaşıb. Yeni mövsümdən "İnqolştadt"ı çalışdıracaq Kauçinski ilə iki illik müqavilə imzalanıb.

Qeyd edək ki, millimizin üzvü Dmitri Nazarovun da şərəfini qoruyan "Karlsrue" klubu II Bundesliqada geridə qalan 32 turdan sonra 46 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.