Qol.Az

Zidan: "Finalda şanslar bərabərdir"

[05.05.2016]
Zidan: "Finalda şanslar bərabərdir"

"Müdafiədə yaxşı oynadıq. Ən önəmlisi bütün komanda olaraq iş gördük. Azarkeşlərimiz qarşılaşma ərzində bizə dəstək oldular. Finala yüksəlməyə layiq idik. Yarımfinal oyunları həmişə çətin olur. Ancaq bizim üçün ən vacibi final görüşüdür".

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri "Real"ın baş məşqçisi Zinəddin Zidan Çempionlar Liqasının yarımfinalında "Mançester Siti"yə 1:0 hesabı ilə qalib gələrək finala yüksəldikləri cavab qarşılaşmasından sonra deyib.

O, "Atletiko" ilə matç haqda da danışıb:

"Maraqlı oyun olacaq. Finalda şanslar bərabərdir. Qarşılaşmanın favoriti yoxdur. Çətin matç keçəcək. Ancaq indi istirahət etməli və İspaniya çempionatındakı oyunlar haqda düşünməliyik".


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.