Qol.Az

"Real" daha şanslı idi" – Pelleqrini

[05.05.2016]
"Real" daha şanslı idi" – Pelleqrini

"Bərabərsəviyyəli oyun keçdi. Heç bir komanda qələbəyə layiq deyildi. Yarımfinalda güclü komandaya qarşı oynadıq. Ancaq "Real"ın bizdən daha yaxşı olduğunu düşünmürəm. Onlar daha şanslı idi".

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri "Mançester Siti"nin baş məşqçisi Manuel Pelleqrini Çempionlar Liqasının yarımfinalında "Real"a 0:1 hesabı ilə uduzaraq mübarizəni dayandırdıqları cavab matçından sonra deyib.

O, qarşılaşma ərzində qol vurmağa çalışdıqlarını bildirib:

"Amma buna müvəffəq olmadıq. Klub tarixində ilk dəfə yarımfinala yüksəlmişdik. Bu, komanda üçün əhəmiyyətli idi. "Mançester Siti" həmişə final uğrunda oynamağa çalışmalıdır".

M.Pelleqrini "Real" və "Atletiko" arasında keçiriləcək final oyunu haqda da danışıb. O, matçın favoritinin olmadığını bildirib.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.