Qol.Az

"Mançester Siti"də növbəti ciddi itki

[04.05.2016]
"Mançester Siti"də növbəti ciddi itki

"Mançester Siti"nin futbolçusu Pablo Sabaleta üç həftəlik sıradan çıxıb.

Qol.az-ın məlumatına görə, bu barədə argentinalı müdafiəçi özünün rəsmi "Tvitter" hesabında yazıb. Tibbi müayinədən keçən 31 yaşlı oyunçu soy ayaq əzələsindəki zədə səbəbindən 3 həftə yaşıl meydanlardan uzaq qalacağını bildirib.

Bu isə o deməkdir ki, P.Sabaleta bu mövsüm İngiltərə Premyer Liqasında qalan matçlarda oynaya bilməyəcək. "Mançester Siti" Çempionlar Liqasında finala yüksələrsə, P.Sabaleta həlledici matça kimi hazır olmaq şansı var.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.