Qol.Az

Milanda Madrid derbisi

[05.05.2016]
Milanda Madrid derbisi

Bu gün Çempionlar Liqasında digər finalçının adı bəlli olub.

Qol.az-ın məlumatına görə, yarımfinal mərhələsinin cavab oyununda  “Real” (Madrid) “Mançester Siti”ni qəbul edib.

Mançesterdə keçirilən ilk oyunda qolsuz heç-heçə qeydə alındığından komandaların şansı bərabər qiymətləndirilirdi. Madriddə görüşün taleyini bir qol həll edib. Fernandonun 20-ci dəqiqədəki avtoqolu "Real"ı finala yüksəldib.

Qeyd edək ki, "Real" finalda Madridin digər komandası “Atletiko” ilə qarşılaşacaq. Mayın 28-də Milanda keçiriləcək final görüşü Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.




4 may

Çempionlar Liqası, yarımfinalın cavab oyunu 

22:45."Real" (Madrid, İspaniya) - "Mançester Siti" (İngiltərə) - 1:0
Qol:
Fernando, 20-avtoqol (1:0)
İlk oyun - 0:0



3 may

"Bavariya" (Almaniya) - "Atletiko" (Madrid, İspaniya) - 2:1 
Qollar:
Xabi Alonso, 31 (1:0), Antuan Qrizmann, 54 (1:1), Robert Levandovski, 74 (2:1)
İlk oyun - 0:1

 

 


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.