Qol.Az

Aquero Premyer Liqanın tarixinə düşdü

[20.04.2016]
Aquero Premyer Liqanın tarixinə düşdü

“Mançester Siti”nin futbolçusu Serxio Aquero İngiltərə Premyer Liqasının tarixinə düşüb.

Qol.az-ın məlumatına görə, argentinalı hücumçu Premyer Liqada 100-cü qolunu vurub.

O, buna Premyer Liqanın 27-ci turundan təxirə salınmış “Nyukasl”la oyunda nail olub. Dünən baş tutan qarşılaşmanın 14-cü dəqiqəsində Aquero komandasının yeganə qoluna imza atıb.

Qeyd edək ki, Premyer Liqada 100 və daha çox qol vuranlar arasında Alan Şirer, Tyeri Anri, Maykl Oven, Robin van Persi, Les Ferdinant, Didye Droqba kimi futbolçular da var.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.