Qol.Az

AZAL avrokuboklar üçün stadion sifariş etdi

[20.04.2016]
AZAL avrokuboklar üçün stadion sifariş etdi Bakının AZAL klubu avrokuboklar üçün ehtiyat stadion kimi "Bayıl Arena"nı sifariş edib. Bu barədə "Report"a klubun vitse-prezidenti Fikrət Hüseynov məlumat verib.

Onun sözlərinə görə, artıq stadionla müqavilə də bağlanılıb. İlkin təsnifat mərhələsinin oyunları Şüvəlanda yerləşən "AZAL Arena"da keçiriləcək. Komanda "pley-off"a və qrup mərhələsinə vəsiqə qazanacağı təqdirdə, rəqiblərini "Bayıl Arena"da qəbul edəcək.

Qeyd edək ki, AZAL hazırda Premyer Liqada 42 xalla 6-cı pillədə qərarlaşıb. "Zirə" və "İnter" avrokuboklara buraxılmayacağını nəzərə alsaq, "təyyarəçilər"in bu turnirdə iştirak etmək şansı çoxdur.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.