Qol.Az

Tahir Gözəl: "Neftçi"nin qolundan sonra həyəcanlandım"

[16.04.2016]
Tahir Gözəl: "Neftçi"nin qolundan sonra həyəcanlandım" “Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl komandasının Topaz Premyer Liqanın 30-cu turunda “Neftçi” üzərindəki qələbəsini şərh edib.

Qol.az-ın Futbolxeber.az-a istinadən verdiyi məlumata görə, T. Gözəl oyunla bağlı bunları söyləyib:

"Sözün açığı, "Neftçi"nin qolundan sonra bir qədər həyəcanlandım. Amma sonda qələbə qazandıq. Maraqlı oyun oldu. Qalib gəldiyimiz üçün sevinirik. “Neftçi”ni güclü görmək hər zaman xoşdur. “Qarabağ”ın oyunundan razı qaldım. Komandanın tepmi, fiziki durumu xoşuma gəldi. Buna görə də Qurban Qurbanova minnətdaram”.

Qeyd edək ki, səfərdə "Neftçi"nin qonağı olan "Qarabağ" rəqibinə 2:1 hesabı ilə qalib gəlib.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.