Qol.Az

"Azərbaycan qarşı daha yaxşı oynamalıyıq"

[18.03.2016]
"Azərbaycan qarşı daha yaxşı oynamalıyıq"

"Azərbaycanla oyun üçün Macarıstanla keçirilən yoxlama görüşündə iştirak edən futbolçuları seçdim. Hazırda bu, balanslaşdırılmış heyətdir. Macarlara uduzmağımıza baxmayaraq, xeyli qol imkanlarımız oldu. Bu da Azərbaycanla oyunöncəsi bizim üçün önəmlidir".

Qol.az-ın məlumatına görə, bu sözləri futzal üzrə Hollandiya yığmasının baş məşqçisi Marsel Lusveld ölkəsinin mətbuatına açıqlamasında deyib.

Dünya çempionatının pley-off mərhələsi çərçivəsində qarşılaşacaqları Azərbaycanla oyun haqda danışan Lusveld doğma meydanda qələbə qazanmalı olduqlarını bildirib: "Ümid edirəm ki, Macarıstanla müqayisədə Azərbaycana qarşı daha yaxşı oyun sərgiləyəcəyik. Doğma meydanda qol imkanlarımızdan maksimum yararlanmalıyıq. Bakıdakı cavab görüşünə rahat yollanmağımız üçün ilk oyunda yaxşı başlanğıc etməliyik. Bunun üçün də azarkeşlərimiz önündə qələbə qazanmaqdan başqa yolumuz yoxdur".

Qeyd edək ki, Hollandiya və Azərbaycan yığmaları arasında ilk oyun martın 22-də Almere şəhərində, cavab görüşü isə aprelin 12-də Bakıda baş tutacaq.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.