Qol.Az

Zidan “Real”ı vaxtından əvvəl tərk edə bilər

[18.03.2016]
Zidan “Real”ı vaxtından əvvəl tərk edə bilər

"Real"ın baş məşqçisi Zinəddin Zidan mövsüm başa çatmamış Madrid klubundan ayrıla bilər.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, buna səbəb fransalı mütəxəssisin komandanın oyunundan narazı olmasıdır.

Z.Zidan La Liqanın 29-cu turunda "Las Palmas" üzərində çətin qələbədən sonra klubun prezidenti Florentino Pereslə birgə bəzi futbolçuları görüşüb. Serxio Ramos, Marselo, Pepe və Kriştino Ronaldonun  işirak etdiyi görüşdə futbolçulardan qarşıdakı oyunlarda komanda üçün daha çox fədakarlıq etmələri tələb olunub. Buna əməl edilməsə, Z.Zidan istefa verəcəyini bildirib.

Qeyd edək ki, Z.Zidanın "Real"la müqaviləsi bu mövsümün sonu başa çatır. Madrid klubu gənc mütəxəssislə yeni müqavilə imzalamağı planlaşdırır.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.