Qol.Az

AFFA İcraiyyə Komitəsinin qərarları

[11.03.2016]
AFFA İcraiyyə Komitəsinin qərarları

Bu gün AFFA İcraiyyə Komitəsinin yeni seçilmiş heyəti ilə keçirilən ilk iclasında bir sıra qərarlar qəbul olunub.

Qol.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, qərara əsasən U-16 yığmamızın yeni baş məşqçisi müəyyənləşib.

Millimizin baş məşqçi vəzifəsi Rafiq Mirzəyevə həvalə edilib. Tədbirdə qəbul edilmiş digər qərarlar isə belədir:

- Rauf Əliyev AFFA-nın I vitse-prezidenti, Elşad Nəsirov vitse-prezidenti seçilib.

- Elxan Məmmədov növbəti müddət – 4 il üçün AFFA-nın baş katibi vəzifəsinə təsdiq olunub.

- AFFA-nın Hakimlər Komitəsinin, Hakim-İnspektorlar Komitəsinin, İntizam Komitəsinin, Oyunçuların Statutusu və Transferi Komitəsinin və Apellyasiya Arbitraj Tribunalının tərkibi aşağıdakı kimi təsdiq olunub:

- Oyunçuların Statusu və Transferi Komitəsi, Apellyasiya Arbitraj Tribunalı, İntizam Komitəsi, Media Komitəsi və Vasitəçilərlə bağlı normativ sənədlər təsdiq olunub.

- Topaz Premyer Liqada çıxış edən klubların cərimələrinin və legionerlər üçün rüsumun məbləği olduğu kimi saxlanılıb.

- “Bakcell Arena” AFFA-nın balansında saxlanılmaqla “Neftçi” PFK-nın istifadəsinə verilib.

- Rafiq Mirzəyev Azərbaycan U-16 yığmasının baş məşqçisi təyin olunub.

- UEFA U-17 Avropa çempionatı Azərbaycan-2016-nın Yerli Təşkilat Komitəsinə rəhbərlik AFFA-nın baş katibliyinə tapşırılıb.

- İcraiyyə Komitəsi klublara, hakimlərə münasibətdə AFFA-nın Nizamnaməsinin və müvafiq yarışların əsasnamələrinin tələblərinə uyğun davranmalı olduğu barədə xəbərdarlıq edib.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.