Qol.Az

Nizami Hacıyev bir aylıq sıradan çıxdı

[11.03.2016]
Nizami Hacıyev bir aylıq sıradan çıxdı

Bakı “İnter”inin kapitanı Nizamı Hacıyevin zədəsi ciddidir.

Klubun mətbuat xidmətindən Qol.az-a verilən məlumata görə, Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Rəvan”la cavab oyununda zədələnərək əvəzlənən yarımmüdafiəçi  dünən tibbi müayinədən keçib.

Əzələsini dartan Hacıyev qarşıdakı iki həftə ərzində müalicə olunacaq. Bu isə o deməkdir ki, 28 yaşlı futbolçuı 3-4 həftə oynamayacaq.

Qeyd edək ki, N.Hacıyev son vaxtlar “İnter”də vacib qollar vururdu. O, cari mövsüm paytaxt klubunun heyətində 5 qola imza atıb.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.