Qol.Az

AFFA Hakim-İnspektorlar Komitəsinin sədri dəyişdi

[11.03.2016]
AFFA Hakim-İnspektorlar Komitəsinin sədri dəyişdi

AFFA-nın bu gün keçirilən Hesabat-Seçki Konfransında yeni təyinat gerçəkləşib.

Qol.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Hakim-İnspektorlar Komitəsinin sədr vəfizəsində dəyişiklik baş verib.

Komitə sədri Gülağa Cabbarov vəzifəsindən kənarlaşdırılıb və onu Əli Hüseynov əvəzləyib. Bəşir Əliyev, Tofiq Şükürov, Əsgər Əmirəliyev və Vüsal Əliyev isə komitənin üzvləri təyin olunub.

Qeyd edək ki, Əli Hüseynov daha öncə Hakimlər Komitəsinin sədri kimi də fəaliyyət göstərib.


 


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.